35 il bundan qabaq bu qadın tamamilə buza dönmüşdü! O gün baş verənlərə heç kəs inanmır!

1980 – cı ildə 19 yaşlı Cin Xillard valideynlərinin yanına qarlı Lenqbiyə, Minnesota ştatına gedirdi. Onun maşını yolda xarab oldu və yaxınlıqdakı dostlarının evinə ayaqla getmək qərarına gəldi. 

O demək olar ki, çatmışdı ama birdən birə donvurmadan huşunu itirdi. Qız mənfi 22 dərəcə soyuqda 6 saat qaldı və daha sonra dostu onu tapdı. Dostu dərhal onu maşına qoyub xəstəxanaya aparmaq qərarına gəldi. Lakin bu daha çox yük daşımağa bənzəyirdi və çətin idi. Çünki qadın insanı yox buzdan heykəli xatırladırdı. O sanki buz parçası idi. 

 

Xəstəxanaya çatdıqda qadında heç bir həyat izi aşkarlanmadı. Hətta onun dərisi o qədər bərk idi ki iynə batmırdı. Onun nəbzi dəqiqədə 12 idi və bədənin tempraturu ölçü cihazının ölçə biləcəyi ən aşağı tempraturdan da aşağı idi. Həkimlər əmin idilər ki qız ölüb lakin yenə də onu isidərək buzunu əritmək qərarına gəldilər!

Onlar düşünürdülər ki, Cin Xillard sağ qalsa belə onun ətrafları dondan cürüməyə başlayacaq və onları amputasiya etməli olacaqlar. Sonra baş verənləri isə heç kəs gözləmirdi. Buzu əridikdən sonra bədən tərpənməyə başladı. Cin su istədiyini dedi.

3 gündən sonra o ayaqlarını tərpədə bilirdi. 6 həftədən sonra isə onu tamamilə sağlam vəziyyətdə evə buraxdılar. Həkimlər və onun valideynləri əsl möcüzənin şahidi oldular!

Alimlər bildirirlər ki, bu hal qış yuxusuna gedən heyvanlarda baş verir. Bu hadisəyə yalnız bir açıqlama vermək olur – qadın o qədər tez donub ki, çürümə prosesi başlamayıb. Cin Xillardın yəqinki öz qoruyucu mələyi var!