Azərbaycanda ən yaşlı bəy Qubadlıda, ən yaşlı gəlin isə Siyəzəndə yaşayır.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-a bildirilb ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 68,8 min nikaha daxilolma halları qeydə alınıb. 18 yaşadək nikaha daxil olan oğlanların sayı 3 nəfər, qızların sayı isə 388 nəfər olub. 18 yaşda nikaha daxil olan qızların sayı 934 nəfər təşkil edib. Komitədən həmçinin bildirilib ki, nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) var.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları