Bakıdakı “Formula” yarışlarının şüarı Amerikada “İlin ən pis banneri” seçildi

1483279938-162151-1466273467045-450x250

Amerika telekanalı ESPN 2016-cı ilin “Formula-1” yarışlarına yekun vurub və keçmiş mövsümün ən yadda qalan anlarını qeyd edib.

Iyunda Bakıda keçirilmiş Avropa qran-prisi ESPN üçün yollardakı “Well done Baku” (“Afərin, Bakı””) bannerləri ilə yadda qalıb ki, telekanal onu “İlin Ən pis lövhəsi” adlandırıb.

“Azərbaycan özünün “Formula-1″dəki debütündən açıq-aşkar vəcdə gəlmişdi və yarışın keçirildiyi yolları “Well done Baku” yazılmış bannerlərlə bəzəmişdi, – deyə amerikalılar qeyd edirlər. – Ancaq bu “mesaj” ya hədsiz təkəbbür əlaməti, ya da sosial media dövrünü nəzərə alaraq, böyük istehza idi. “Well done Baku” təqvimin ən mənzərəli yollarından biri üçün olduqca qəribə fon idi”.

Ən yaxşı yarış Maks Ferstappen və başqalarının ulduz olduqları Braziliya mərhələsi hesab edilib.

Xatırladaq ki, 2017-ci ilin iyununda Bakıda yenidən “Formula-1” yarışları keçiriləcək. Amma bu dəfə o, Azərbaycan Qran-prisi adlanacaq.