Bəs Sizcə Dünyanın Ən Güclü Siyasətçisi Kimdir?

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın nüfuzlu “Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən güclü siyasətçilərindən ibarət reytinq cədvəlində növbəti dəfə ilk yeri tutub.

Bu barədə məlumat jurnalın rəsmi internet səhifəsində yerləşdirilib.

“Forbes” jurnalının ABŞ versiyasının hazırladığı reytinq cədvəlində ilk yeri Rusiya prezidenti Vladimir Putin, ikinci yeri ABŞ prezidenti Barak Obama, üçüncü yeri isə Çin Xalq Respublikasının sədri Sədri Si Tszinpi tutub.

Növbəti yerlərdə isə Roma Papası Fransisk və Almaniya kansleri Angela Merkel qərarlaşıblar. Qeyd edək ki, keçən il də “Forbes”in reytinq cədvəlində ilk üç yeri Rusiya, ABŞ və Çin liderləri tutub.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları