Bəs Yağış Haqqında Bu Maraqlı və Möcüzəvi Məlumatları Bilirdiniz?

                                                                

1. Bostvanada insanlar salamlaşarkən bir-birilərinə Pula deyirlər. Mənası isə yağış deməkdir. Yeri gəlmişkən yerli valyutanında adı məhz yağışdır.

2. Portuqaliyada yağış işə gəlməmək üçün üzürlü səbəb hesab edilir. Yəni ki, yağış yağanda işə getməyə bilərsiniz.

3. Əslində yağışın heç bir ətri yoxdur. Yağışdan sonra duyduğumuz ətir aktin-sianobakteriyaların iyləridir. Bu iyin adı qeosmindir.

4. Uqandada şimşək tam adi bir təbiət hadisəsidir. Orada il ərzində 250 dəfə güclü leysan və heç yerdə görə bilməyəcəyiniz ildırımlar çaxır.

5. Bir gün teleradio şirkətinin rəhbəri yolda ikən möhkəm yağışa düşmüş və bundan hirslənərək şirkətin əməkdaşlarına sabahdan hava haqqında qabaqcadan məlumat vermək üçün xüsusi proqram hazırlamağı əmr etmişdir.

6. Kubada yağış yalnız günortalar, Tailandda isə yalnız gecələr yağır.

7. XVII əsrdə Böyük Britaniyada yağış haqqında dövlət qanunu mövcud idi. Belə ki, yağış yağması barədə məlumat verən sinoptiki edam edirlərmiş.

                                                                  

8. Səhrada yağışın altında duran insan islanmır. Çünki səhraya yağan yağış yerə çatmamış qaynar istilik nəticəsində buxarlanır. Ona görədə deyirlər ki, səhraya yağış yağmır. Əslində isə yerə ən çox yağış düşən zona məhz səhralardır.

9. Hidrometrologiya mərkəzinin efirdə bizə deyilən hər bir kəlməsinin özünün xüsusi mənaları olduğunu bilirdinizmi? Məsələn:

«Qısa müddətli yağış» – o deməkdir ki, yağış 3 saatdan çox yağmayacaq.

«Yağış gözlənilir» – yağışın yağacağını və yarım sutka davam edəcəyini bildirir.

«Yağıntı gözlənilmir» – yağış yağmayacaq demək deyil. Bu o deməkdir ki, hər kv.m əraziyə 0,3 litr yağış düşəcək.

10. Çerapunci şəhəri Hindistanda yerləşir. Həmin ərazi dünyada ən çox yağıntı düşən yer hesab olunur. İl ərzində 26 460 mm yağış düşür.

11. Oqayo ştatının Uaynsberq şəhərində artıq 100 ildir ki, hər 29 iyul tarixində yağış yağır.

12. Adi yağışın turşuluğu pH 5,6-dır. Əgər turşuluq azalarsa həmin yağış turş yağış adlanır. PH 5,5 dərəcəli yağış zamanı bütün bakteriyalar ölür, 4,5 dərəcəli turş yağış zamanı isə həşərat və balıqların kütləvi ölümü baş verir.

13. Yer kürəsinə il ərzində 519 000 km3 yağış düşür. (Hər km3 milyard ton su deməkdir)

14. Hər bir milyon insandan biri yağışa qarşı allergiyadan əziyyət çəkir. Onların üzərinə düşən bir damcı yağış onları dözülməz hala gətirib çıxarır. Hətta belə insanlar yağışa düşsələr həmin dəqiqə ölə bilərlər.

15. Tarix boyu ən ağır dolu 14.04.1986 tarixində Hopalhanc şəhərinə düşmüşdür. Hər bir dolunun çəkisi 1 kiloqram idi. Dolu nəticəsində 92 nəfər həlak olmuşdur.

                                     

16. San-Fransiskoda yağış haqqında məlumatı dəqiq deyil ehtimal edərək söyləyirlər. Yəni ki, televiziyada göstərilən hava haqqında məlumat zamanı “Sabah bəlkə yağış yağdı” deyirlər.

17. Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.

18. Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.

19. Bu gün artıq süni yağış yaratmaq mümkündür. Təyyarədən quru buz parçalarını bulud toplularının üstünə atırlar. Buludda carbon dioxid suyla qarışır və qar dənəsi kimi düşür, yerə düşərkən istilik nəticəsində qızır və yağış damlasına çevrilir. Bu yolla quraqlıqla mübarizə aparmaq mümkündür.