Çarlz Darvinin 1837-ci ildə qeyd dəftərinə çəkdiyi ilk Təkamül Ağacı. Ateistin bu haqda düşüncələri.

Bu gördüyünüz, Çarlz Darvinin 1837-ci ildə “B Dəftəri” olaraq adlandırdığı qeyd dəftərinə çəkdiyi ilk Təkamül Ağacıdır.

Çarlz Darvin tarixin ən böyük elm adamlarından və müşahidəçilərindən biri olmaqla bərabər, eyni zamanda təvazökarlığı və dürüstlüyü ilə də elm ictimaiyyətində nümunə göstərilən bir şəxsiyyətə malikdir. Heç bir zaman qəti qərarlar verməmək lazım olduğunu xüsusilə vurğulamaqla birlikdə, 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi kitabı elm dünyasında və ümumiyyətlə insanlıq baxımından bir inqilab yaratmasına baxmayaraq, Darvinin daima təmkinli və əmin addımlarla irəlilədiyi görülür. Bu təmkinli və elmi yanaşması, hələ fikirləri formalaşarkən, 1837-ci ildə qeyd dəftərinə şəkildəki kimi əks olunmuşdur. Darvin, elmi arqumentlərində əsla israrçı ya da tündxasiyyət olmamışdır. Özündən son dərəcə əmindir, tapıntıları dəqiqdir; ancaq yenə də kimsəni incitmək və ya onları aşağılamaq fikrində olmamış, hər vaxt səssizliyini və alicənablığını
qorumuşdur. Bu alicənablığı da ona “düşmənlərinin” və əleyhdarlarının belə hörmət etməsinə səbəb olmuşdur. Darvin, fikirlərini qeyd dəftərinə köçürərkən “Düşünürəm ki…” deyərək başlamışdır. Əsla “Belə olmalıdır.”, “Məcburiyyətind ədir.”, “Bu belədir.” kimi anlayışlara yer verməmiş,tapıntılarını sadə bir şəkildə köçürmüşdür. Qeyd dəftərində “Düşünürəm ki…” deyə başlayan sözləri, canlılığı bu şəkildə təsvir edən ilk “Həyat Ağacı” (və ya “Təkamül Ağacı”) ilə davam etməkdədir. Darvinin oxunması həddən artıq çətin olan yazısında, belə deyilir: “Düşünürəm ki bir növə aid keçmiş bir nəsilin, bu andakı nəslin sahib olduğu qədər fərd sayı vardır. Cins içərisindəki növ sayını qoruyub, eyni zamanda da növlərin davamlılığının təmin edilə bilməsi üçün yoxolmalar olmalıdır. Bu səbəbdən A ilə B arasında bir boşluq olması son dərəcə təbiidir [çünki bu növlər nə vaxtsa yox olmuşlar]. C + B arasında isə son dərəcə yumşaq bir keçid görməkdəyik. B + D isə nisbi olaraq uzaq qohumdurlar. Məhz bu şəkildə cinslər ortaya çıxır. Bunların nəsli kəsilmiş bir çox qədim tip ilə ortaq xüsusiyyətləri və bu xüsusiyyətlər üzərindən digər növlərlə əlaqəsi vardır.”

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları