Çılpaq Bədən Üzərində Rəsmlər

Qezine Marvedel – Almaniyalı body art və rəssamdır, o gözəl eyni zamanda da ürküdücü əsərlərə imza atıb. Bu rəsmləri o kətan əvəzinə öz canlı modellərinin üzərində edib. 

Marvedel – İnsan bədəni üzərində insan bədənini əks etdirmək kimi nadir bir qabiliyyətə malik olan rəssam bəzən istədiyini əldə etmək üçün müəyyən bölgələri vurğulayır, bəzən isə onun əsərinə mane ola biləcək hissələri məharətlə gizlədir. Hər iki halda o elə bir əsər yaratmış olur ki, bu əsərlər çəkildikləri modellərin üzərində bütünləşirlər.

Bunlar sadəcə əsər deyil Marvedel incəsənətin müalicəvi təsirlərinə də çox inanır. O hətta rəsmin müalicə məqsədi ilə necə istifadə oluna biləcəyindən bəhs edən kitabını da çıxardıb.