Diqqət! Hacker Birliyi Xəbərdarlıq Edir…İnformasiya Təhlükəsizliyimizə Təhdid Var!

Apple-nin Touch İD barmaq izi sensorunu hack edən alman hacker Starbug, bu dəfə bir nəfərin fotolarını analiz edərək onun barmaq izlərini çıxarmaq üsulunu açıqladı. Avropalı hackerlər də bir nəfərə aid bir neçə fotonu analiz edərək o adama aid barmaq izini əldə edə bildiklərini söylədirlər. Avropanın ən böyük hacker birliyi olan “Chaos Club Computer” Almaniyada toplanan 31-ci ənənəvi toplantısında əldə olunan yöntəmi açıqladı. Hamburqda baş tutan bu toplantıda Starbug ləqəbli Jan Krissler əllərinin göründüyü bir fotodan istifadə edərək Almaniyanın müdafiə naziri Ursula von der Leyenin barmaq izini çıxardı. Standart bir kameradan istifadə edərək biometrik tanınmanın mümkün olduğunu deyən Krissler məhz bu səbəbdən siyasətçilərin xalq arasında əlcək geyindiklərini söylədi. Krissler müdafiə nazirinin barmaq izini çıxarmaq üçün VeriFinger adlı bir yazılıdan istifadə etdiyini söylədi. Bu yazılıda istifadə edilən fotonun isə oktyabr ayında təşkil olunan və müdafiə nazirinin də iştirak etdiyi mətbuat konfransında çəkildiyini bildirdi. 

Barmaq izlərinin foto vasitəsi ilə çıxarmağın mümkün olması təhlükəsizliyə olan təhdidi gündəmə gətirir. Digər tərəfdən Krisslerin fikrincə ağıllı telefonlar üçün çox risk azdır. Çünki telefonlar yalnız tanıdığı adamın barmaq izi ilə açılır. Lakin Krissler və digər hackerlər telefon və kassaların risk altında olduğunu bidirdi. 

Starbug 2013-cü ilin  sentyabrında Apple-nin yenicə təqdim etdiyi barmaq izi sensoru Touch İD-i sındırmış və barmaq izinin təqlid edilərək İPhone-nin necə açıla biləcəyini göstərmişdi. 

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları