Doğulandan barmaqları olmasa da o, möhtəşəm pianoçudur

Aleksey Romanov dünyaya qolunun və barmaqlarının inkişafını zəyiflədən xəstəliklə gəlib, lakin Romanov çox gözəl pianoçudur və bütün əngəlli insanlar üçün ilham mənbyidir.

Onu övladlığa götürən valideynləri onun erkən yaşlarıdan musiqiyə olan həvəsini görərək ona sintezator alıblar. Romanov əvvəlcə onda ifa etməyi öyrənib və daha sonra yarışmalara qatılmağa hətta qalib gəlməyə başlayıb. Dostlarından musiqinin əsaslarını öyrəndikdən sonra o, daha yüksəklərə ucalmağa başlayıb və hətta Rusiyanın La Primavera kamera orkestrı ilə birgə ifa edib.

Onun möhtəşəm ifasını izləyin

Qoy Romanov yalnızca əngəlli insanlara yox hər birimizə ilham mənbəyi olsun.  Hansı çətinliklə qarşılaşsanız da ürəyinizi və gücünüzü qoyduğunuz halda mütləq uğur sizin olacaqdır!

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları