Əkizlərin sirləri: inanılmaz faktlar!

Nə vaxtsa məktəbdə və işdə sizi əvəzləyəcək əkiz bacı, ya qardaşınızın olmasını istəmisinizmi? Ailənin tək uşaqlarına özünün kopiyasına sahib olmaq maraqlı gəlir. Əgər siz də bu insanlardansınızsa, onda əkizlər haqda olan maraqlı faktlarla tanış olun.

1. Əgər əkizlərin dünyaya gəlməsində yalnız genetikanın əsas rol oynadığını zənn edirsinizsə, yanılırsınız. Adətən yaşı 30 keçmiş və artıq doğum etmiş qadınların əkiz uşaqları dünyaya gəlir.
2. Rəsmi statiskaya əsasən indi keçmişə, məsələn, ötən əsrin 80-ci illərinə görə daha çox əkiz uşaq dünyaya gəlir.
3. Alimlər müəyyən etmişdir ki, əkizlərə hamilə ola qadının yığa biləcəyi ən uyğun çəki 20 kq 41q-dır, hamiləliyin ən optimal müddəti isə 9 ay 3 gündür.

4. Əkizlər bir-birlərin güzgüdəki kimi əks etdirirlər. Məsələn, əgər onların birinin sağ əlində anadangəlmə ləkə varsa, digərində bu ləkə sol əldə olacaq.
5. Bilirdinizmi ki, demək olar, bütün əkizlərin öz xüsusi dili var. Amma bu dil onlar danışmağa və yazmağa başlayanda ortalığa çıxır. Uşaqlar sözləri elə tələffüz edirlər ki, valideynlər başa düşməyə çətinlik çəkirlər. Amma əkizlər sanki əvvəldən bir-birlərin başa düşürlər, bu da elə təəssürat yaradır ki, sanki onların öz xüsusi dilləri var.
6. Əkizləri bir-birindən fərqləndirmək üçün müəyyən üsullar mövcuddur. Bu da onlardan biri: əkizlərin barmaqlarına baxın, onların barmaq izləri çox fərqlənir, DNT-nin strukturu isə eynidir.
7. Əkiz uşaq arzulayanlar bunu bilməlidirlər: əkiz uşağa hamilə qalmış analar digərlərindən daha çox həkimə getməli olurlar. Ümumiyyətlə ikiqat artıq diqqətə məruz qalırlar.

8. Yadda saxlayın: hamiləsinizsə və 24 həftə ərzində 10kq kökəlmisinizsə, böyük ehtimal uşaqlarınız dünyaya heç bir problemsiz gələcəklər. Araşdırmalar göstərir ki, bu cür qadınlarda erkən doğumlar və çətinliklər nadir hallarda olur.
9. Statistikaya əsasən, Nigeriyada hər 20 doğumda 1 əkiz uşaq düşür.
10. Məşhur Elvis Preslinin əkiz bacısı olsa da, doğulandan qısa zaman sonra ölmüşdür.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları