Facebook qız atasının başına dərd açdı – VİDEO – FOTO

“Qızım Rubinin 15 yaşı tamam olur. Bu gün ailəmiz üçün çox önəmli, əlamətdardır. Hamınızı qızımın ad gününə dəvət edirəm”.

Meksikanın mərkəzindəki San Luis Potosi ştatındakı La Hoya kəndində yaşayan 45 yaşlı Kresçensio İbarra Qarsiya Facebook-dakı profilində videomüraciətini paylaşanda başına nələr gələcəyini təxmin də edə bilməzdi.

Videoda mərkəzdə durmuş Rubi İbarra Qarsiyanın sağında atası Kresçensio, solunda isə anası Anaelda vardı.

Kresçensio Qarsiya bu dəvətə “ancaq dostlar üçün” qrifini verməyi unutduğundan videonu Qarsiyanın dostları və qohumları ilə bahəm, Meksikada və müxtəlif ölkələrdə 1,3 milyona yaxın insan görüb.

Və həmin adamlardan 1000 nəfər La Hoya kəndində, 15 yaşı tamam olan Rubinin ad gününə yollanıb.

Meksikada qızların 15 yaşının tamam olması “Quiceanera” adlanır və bu mərasim valideynlər üçün çox önəmlidir. Meksikalıların fikrincə, 15 yaşı tamam olan qız uşaqlığı ilə vidalaşır, yetkinlik dövrünə qədəm qoyur.

Kresçensio da dünən qızının ad gününə 1000 nəfərin yığışdığını görəndə çaş-baş qalıb. O, çaşqınlıqdan nə edəcəyini bilməyib.

Naçar qalan ata Facebook-da yazıb: “Bütün qonaqlardan xahiş edirəm ki, narahat olmasınlar. Ad gününü xaosa çevirməyək”.

Ad gününə qatılanlar arasında San Xuan ştatının qubernatoru Xuan Manuel Barreras da vardı.

 

502460_01

502460_02

502460_03

502460_04

502460_05

502460_06

502460_07

502460_08

502460_09

502460_10

502460_11

502460_12

502460_13

502460_15

502460_16

502460_17

502460_18

502460_19

502460_20

502460_21

502460_22

502460_23

502460_24

502460_25

502460_28

502460_30

 

Milli.Az