Futbolçumuzdan “fair-play” nümunəsi

21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvü, karyerasını Türkiyənin “1207 Antalyaspor Döşəməaltı Belediyyəspor” klubunda davam etdirən Aysun Əliyeva “fair-play” nümunəsi göstərib.

Feed.az AFFA-ya istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu “Kireçburnu” – “1207 Antalyaspor Döşəməaltı Belediyyəspor” oyunu zamanı zədələnən və meydanı tərk etməkdə çətinlik çəkən rəqib komandanın futbolçusu İjeoma Queenth Danielsi kürəyinə alaraq meydandan çıxarıb.

Qeyd edək ki, A.Əliyeva 2012-ci ildə ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatında millinin heyətində çıxış edib.

footboll_161216[1]

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları