İşıq Üz Cizgilərini İnanılmaz Dərəcədə Dəyişirmiş

Hərdən elə olur ki, biz bir insanla gecə vaxtı birinci dəfə görüşürük və daha sonra onu gündüz vaxtı gün işığında gördükdə tanımaqda çətinlik çəkirik. Niyə? İş orasındadır ki, işıqlandırmanın insan üzünün necə görünməsinə bilavasitə təsiri var. Məhz buna görə fotoqraflar və rəssamlar üçün işıq sistemi qurulur. Bu özü özlüyündə bir elmdir və bunsuz heç vaxt keyfiyyətli əsər yaratmaq mümkün olmaz.

İşıqla üz cizgilərini yumşaltmaq və ya onları daha da nəzərəçarpan etmək olar və həmdə çatışmayan cəhətləri isə gizlətmək mümkündür. Hər şey işıqlandırmanın istiqamətindən asılıdır. İşığın düşməsindən kölgələr asılıdır: onların ölçüsü, istiqaməti, dərinliyi. İşıqlandırma ilə həm də insanın vizual əhval-ruhiyyəsini də dəyişmək olur. Bununla üzü sirrli, qorxmuş və həyəcanlı ya da aqresiv göstərmək mümkündür.

Bu video işığın bucağını dəyişməklə üz cizgilərini necə dəyişmək lazım olduğunu göstərir.

İşığın istiqaməti tez tez dəyişdirildiyinə görə qızın yaşını həm də onun əslində necə göründüyünü təyin etmək çətindir. Videonun musiqisi isə Videoya ayrı bir sirrli və mistik hisslər qatır.