İşıqforda Gözləmək Heç Bu Qədər Əyləncəli Olmamışdı

İşıqforun qırmızı işığının yanmasını gözləməyən və həyatlarını təhlükəyə atan insanlar üçün artıq yeni çıxış yolu hazırlanıb. Belə ki, insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə Portuqaliyanın Lizbon şəhərində əyləncəli işıqfor sınaqdan keçirilib. Yeni işıqforda qırmızı rəngin yerinə rəqs edən fiqur yer alıb. Maraqlı məqamlardan biri də odur ki, rəqsin hərəkətlərini məhz vətəndaşların özü təyin edir. Belə ki, sınaq üçün başqa bir yerdə quraşdırılan məkanda insanlar istədikləri kimi rəqs edir və bu da işıqforun ekranında canlı olaraq yayımlanır. 

 

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları