Kişiləri qıcıqlandıran hallar

Dünyanın bir çox elmi mərkəzləri sorğu apararaq  kişiləri qıcıqlandıran  halları müəyyənləşdiriblər.
 
Sorğunun cavabını təqdim edirik:
 
 

-Bir qadının başqa qadınları pisləməsi-5 %

-Əsassız qısqanclıq- 14 %

-Həddindən artıq emosionallıq- 18 %

-Seksual münasibətlərin silah kimi istifadə edilməsi- 32%

-Diqətlərini məcburi tələblə həyata keçirməsi- 12 %

-Keçmiş sevgilliləri haqda söhbətlər- 10 %

-Acizlik- 9 %

Sadaladıqlarımız alimlərin kişilər arasında keçirdikləri sorğunun nəticələrdir. Lakin evli olan xanımlardan sorğu keçiriləndə kişiləri qıcıqlandıran digər cəhətləri də üzə çıxıb.

Şəxsi qarderobda eşələnmə

Xanımların şəxsi əşyalarını ərlərinin qarderobunda axtarması və ya təmizlik zamanı həyat yoldaşlarına ayrılmış yeri alt-üst edib, sevimli köynək və qalstukunnu əzməsi və yaxud harasa dürtülməsi kişilərdə çox qıcıq yaradır. Hətta bundan sonra şəxsi əşyaların xanımlara həvalə olunması qeyri-mümkün ola bilər.

Məsləhət: Həyat yoldaşınızın şəxsi əşyalarını səliqə ilə rəflərə düzün və yarım ildən bir köhnəlmiş geyimlərdən can qurtarın. Ən əsası bunları həyat yoldaşınızın yanında qəti şəkildə eləməyin.

Birgə şopinq:

Hamı bilir ki, kişilər mağazalarda uzun-uzadı alış-veriş etməyi sevmirlər, amma xanımlara baxdıqda ildırım sürəti ilə istədikləri geyimi seçə bilirlər.

İndi təsəvvür edin ki, xanımlar alış-veriş edirlər. Məsələn bir sarı köynək almalıdırlar, ən azı on dükan gəzilir və hər dükanda köynəklə yanaşı şalvar,yubka bir-bir geyinilib baxılır. Nəhayət ki, istədiyinizi tapırsız, birdən ağlınıza gəlir ki, qonşu dükanda qonaq otağınız üçün çil-çıraq gözünüzə dəyib.

Məsləhət:

Şopinqə rəfiqələrinizlə gedin, axşam isə qarderobunuzdakı yenilikləri ərinizə göstərməklə kifayətlənə bilərsiniz.

Qeybət:

Sözün düzü müasir zamanda bəzi kişilər xanımları qeybətdə kölgədə qoyur.

Xanımlar bir yerə yığılanda, kişilər düşünür ki, onlar moda, uşaq tərbiyəsi, serial, yemək reseptləri haqda qızğın söhbətlər edirlər.

Məsləhət:

Heç bir halda ərinizə rəfiqələrinizlə etdiyiniz qeybət haqda heç nə danışmayın. Bununla siz özünü və rəfiqənizi ərinizin gözündə salacaqsınız.

Sızanaqların təmizlənməsi:

Sızanaqların təmizlənmə “əməliyyat”-ını təklikdə etməyinizi məsləhət görürük. Dərinin sıxıldıqdan ən azı bir saat sonra bərpa olduğunu nəzərə alaraq ərinizin evə gəlməsindən bir saat öncə işinizi bitirməyi məsləhət görürük.

Məsləhət:

Ayda bir dəfə heç olmasa kosmetoloqo baş çəkin. Siz bununla ərinizin qıcıq olmasının qarşısını alacaqsınız, həm də əsil dəri təmizlənməsi necə olduğunu biləcəksiniz.

Gigiyenik prosedur:

Dişlərin yuyulması-ağızın su ilə yaxalanması o qədər də estetik görünmür.

Məsləhət:

Ərinizdən tez yuxudan durub bütün gigiyenik proseduru həyata keçirin. Qoy əriniz həmişə elə anlasın ki, sizin ağzınızdan xoş qoxu gəlir və gülüş üzünüzdən əskik olmur.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları