Melanie Gaydos – dünyanın ən provokativ modeli

İnsanlar jurnallarda şəkilləri dərc olunan modellərə öyrəşiblər. Onların ideal fiquraları, baxımlı üzləri və saçları var. Melanie Gaydos qəbul olunmuş dəb kanonlarından kənara çıxır. İnsanları isə onun görünüşü narahat etmir. Onunla ünsiyyət qurmuş insanların sözlərinə görə modelin güclü enerjisi, harizması və daxili gözəlliyi var.

25 yaşlı Melanie ABŞ-da yaşayır və işləyir. O, bütün mümkün fotosessiyalarda iştirak edir. Gözəllik standartlarına baxmayaraq Melanie tez bir zamanda məşhur olmuş və varlanmış, özünə və gözəlliyə münasibətini dəyişmişdir.

Melanie nadir genetik pozuntudan – ektodermal displaziyadan əziyyət çəkir. Bu xəstəlik sümüklərin, saçın və dırnaqların inkişafına, bəzənsə sümüklərin formasına təsir edir.

Görünüşünə baxmayaraq Melanie normal həyat yaşayır, məşhur rejissor, fotoqraf və musiqiçilərlə dostluq edir.

Dünya şöhrətini Melanie Rammstein qrupunun Mein Herz Brennt klipində çəkiləndən sonra qazanmışdır.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları