Niyə cihazların batareya göstəriciləri hər dəfə bizi aldadır?

Səbəbi çox sadədir.

Mobil telefonlarının ən böyük problemlərindən biri batareya ömrünün heç vaxt təxminlərimizə uyğun gəlməməsidir. Bu problem sadəcə smartfonlarda yaşanmır – notbuk, planşet və bütün digər cihazlarda da bənzər problemləri görürük.

How-to Geek tərəfindən aparılan araşdırmaya görə, batareyanın hər dəfə səhv hesablanmasının səbəbi əslində həmin cihazların ümumiyyətlə gələcəyi təxmin edə bilməməsidir. Əslində proqram sadəcə olaraq həmin anda prossesorun iş həcminə görə hesablayaraq, qalan vaxtı müəyyən edir.10126034-1-d4471772e910c99b2c87ffe49d113abf[1]

Məsələn, notbukun ekran parlaqlığını azaldaraq sadəcə web-də dolaşsanız, daha uzun müddət işləyə biləcəyinizi göstərəcək. Ancaq oyun açsanız bir anda sürətlə azaldığını görürsünüz.

Ancaq batareya sadəcə bundan da asılı deyil. Məsələn, Windows arxa olanda daha çox CPU tələb edirsə, update-lər yaşanırsa daha çox batareya işlənir. Hətta bəzi web saytlar xüsusi olaraq video reklamlar üçün daha çox enerji sərf edir.

http://pahoo.az/

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları