Olubmu ki, başqa istiqamətə baxsanız da, sizə kiminsə baxdığını hiss edəsiniz?

Olubmu ki, başqa istiqamətə baxsanız da, sizə kiminsə baxdığını hiss edəsiniz?14501861_1528902757136075_10883776_n

Biz bunu necə hiss edirik? Üzərimizə yönləndirilən baxış necə olur ki, beynimizə siqnallar ötürür? Psixoloq İlan Şrira deyir ki, biz ətrafımızdakı dünyanı təkcə hissiyyat orqanlarımızla dərk etmirik. İnsanın beynində həm də xüsusi dərketmə “sistemləri” mövcuddur. Bu inanılmaz görünsə də, yad baxışları üzərimizdə hiss etmək buna misal olaraq göstərilə bilər. Bu hal bizim həyat uğrunda mübarizə instinktlərimizdən biridir. Bəzi məməlilər də digər heyvanların üzərlərinə yönləndirilmiş baxışlarını hiss edə bilirlər. Lakin insan bunu uzaq məsafədən də etməyə qadirdir. Tədqiqatların gəldiyi nəticəyə görə, bu hal baş verdikdə insanın beynində müəyyən hüceyrələr canlanmağa başlayır. Sosial-psixoloq Colin Clifford deyir ki, “İnsanın yad baxışları hiss etməsi onun sosial təbiətindən xəbər verir. Biz təkcə şifahi və yazılı yollarla deyil, həm də instinktlərimizlə ünsiyyət qura bilərik.” Siz qəribə narahatlıq keçirir və həmin dəqiqə də yad baxışı üzərinizdə “tutursunuzsa,” beyniniz dərhal digər mexanizmləri də işə salır. Beyniniz məsafəni, müşahidə edəni, qeyri-verbal siqnalları və bununla əlaqədar baş verə biləcək təhlükələri təhlil edir. Bütün bunlar isə cəmi bir neçə saniyə ərzində baş verir. Clifford deyir ki, bizə yönləndirilmiş baxışlar beynimizə təhlükəylə bağlı siqnallar verir. Bizim beynimiz isə təhlükə hiss edən kimi, bizi müşahidə edən insanın axtarışına çıxır. Bir sözlə bu hal, yaşamaq uğrunda mübarizə və özünümüdafiə instinktlərimizin ortaq işindən meydana gəlir.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları