Pizza Sifariş Verdi… Həyatını Xilas Etdi.

Bəzən insanlar təhlükəli situasiyalardan çıxmaq üçün dahiyanə yollara əl atırlar.Qəfil qərarlar həmişə uğurlu olmasa da bəzi hallarda bizim köməyimizə çatır. Keith Weisinger adlı polis dispetçeri öz təcrübəsində qarşılaşdığı bir halı qeyd edib.

Weisinger 911 fövqəladə yardım xidmətində olarkən daxil olan zəngi qəbul edir.

Adını açıqlamayan qadınla operator arasındakı söhbət:
Operator – “911”-ə zəng vurmusunuz, fövqəladə vəziyyət hardadır?
Qadın – 123 Main küçəsi
Operator – Tamam. Problem nədir?
Qadın – Pizza sifariş vermək istəyirəm
(Bu cavabdan sonra 911 operatoru qadının onunla zarafat etdiyini düşünür.)

Zarafat zəngləri operatorda heç də gülüşə səbəb olmur və nəticələri çox ciddi ola bilir.

Operator – Bağışlayın, amma 911-ə zəng etdiyinizi bilirsiniz?
Qadın – Bəli. Gəlməsi neçə dəqiqə çəkər?

O qadına 911-ə zəng etdiyini bildirir. Qadın isə bunu bildiyini deyir.Bundan sonra dispetçer problem olduğunu anlayır.

Operator – Yaxşı xanım. Orada hər şey yaxşıdır?
Qadın – Xeyr.
Operator – Mənimlə rahat danışmağınıza bir maniə var?
Qadın – Bəli. Nə qədər çəkər?

Weisinger başa düşür ki, qadının təcili köməyə ehtiyacı var.

Operator – Evinizə 1.5 kilometr məsafədə bir polis məmuru var. Evdə silah var?
Qadın – Xeyr.
Operator – Telefonda gözləyə bilərsiniz?
Qadın – Xeyr. Hələlik. Təşəkkür.
Zəng bitdikdən sonra Weisinger lazımi məlumatları polisə bildirir və evə gələn polislər qadının vəhşicəsinə döyüldüyünü görürlər.

Sərxoş halda olan sevgilisi tərəfindən şiddətə məruz qalan və vəhşicəsinə döyülən qadın, çıxılmaz vəziyyətə düşüb və sərxoş kişinin pizza istəməsindən sonra 911-ə zəng edən qadın, fövqəladə yardım xidmətindən pizza bəhanəsiylə kömək istəyir.Qadınla danışan 911 operatoru isə qadının çox ağıllı bir yol seçdiyini və onunla söhbəti heç vaxt unutmayacağını bildirib.

 

http://www.viralnova.com/woman-makes-clever-call-to-police/