“Selfie” Çəkdirərkən Həyatlarını İtirən İnsanlar

SON “SELFİE”LƏR. TRAGEDİK SONLUQ.

Son zamanlar dəbdə olan “selfie” şəkillər bəziləri üçün dramatik sonluqla bitir. Ən xoş anlarını yaşayan və bunu dostlrarı ilə bölüşmək istəyən insanlar selfie çəkərkən heç ağıllarına da gəlməzdi ki, bu onların son anlarıdı…

  1. Rege musiqi ifaçısı Jadiel motosiklet qəzasından az əvvəl öz fotosunu çəkib.
  2. Oscar Otero Aguilar adlı gənc isə silahla şəkil çəkdirmək istəyərkən vəfat edib.
  3. Polşalı bir cütlük Portuqaliya sahillərindəki Cabo Do Roca qayalıqlarında şəkil çəkdirmək istəyərkən hər ikisi uçuruma yuvarlanaraq vəfat edib.
  4. Karen Hernandez El Tunal çayı sahilində selfie çəkmək istəyərkən çaya düşüb və boğulub.
  5. Iranda iki qadın maşın sürərkən selfie çəkmək istəyiblər. Bu zaman yola diqqət etməyən qadınlar başqa maşınla toqquşub. Xoşbəxtlikdən heç kim ölməyib, ancaq xəstəxanaya gedərkən yenə selfie çəkiblər.
  6. İspaniyada isə bir gənc selfie çəkmək üçün elektrik qatarının üstünə çıxıb və yüksək gərginlikli elektrik cərayanına toxunduğu üçün dünyasını dəyişib.
  7. Gary Slok və onun anası Malaziya hava yollarının MH17 reysi ilə Avstraliyadan Amsterdama uçurdular. Ukrayna ərazisində vurulan təyyarədən heç kim sağ qalmadı
  8. Meksikalı pop ulduz Jenni Rivera öz dostları ilə təyyarədə selfie çəkdirib. Bir qədər sonra isə təyyarə qəzaya uğrayıb və hər kəs dünyasını dəyişib
  9. Collette Moreno və Ashley Theobald adlı bu iki gənc qız maşınla gedərkən selfie çəkdirirlər. Təəssüf ki, bu onların son görüntüsüdü. Şəkil çəkdirdikdən bir neçə dəqiqə sonra qəzaya uğarayan hər iki qız həlak olublar.
  10. Courtney Sanford öz avtomobilində Pharell Vvilliams-ın Happy mahnısına qulaq asarkən selfie çəkir. Bu zaman qəzaya uğrayan qadın həlak olur.
  11. 17 yaşlı Ksenia İqnatyeva bir göydələnin başında selfie çəkdirərkən tarazlığını itirir və aşağıdakı elktrik xətlərinin üzərinə düşür.