Tacik milyarder qızına ilin ən bahalı toyunu etdi – VİDEO

Tacikistanın ən zəngin iş adamı, milyarder İlhom Şokirov qızı Madinaya toy edjib.

Feed.az European-a istinadən bildirir ki, Moskvadakı “Radisson Royal Congress Park” otelinin “Goncress Park” zalındakı toya 900 qonaq dəvət olunmuşdu.

Madina Şokirovanın gəlinlik paltarı Britaniyanın “Ralph & Russo” brendinin əsəri idi. Minlərlə mirvari və Swarovski büllurları ilə bəzədilmiş gəlinliyin qiyməti 920 min dollar idi.

Məşhur teleaparıcı İvan Urqantın tamadalıq etdiyi toyda Filipp Kirkorov, Timur Temirov, Soso Pavliaşvili, Leonid Aqutin, Alla Mixeyeva, Stas Mixaylov, Qlükoza oxuyublar.

Daha sonra zala populyar konditer Renat Aqzamovun hazırladığı, dəyəri 40 min dollar olan tort gətirilib.

Toydan əvvəl Madina Şokirova rəfiqələri ilə İspaniyanın Marbelya kurortunda əylənib. O, atasının özəl reaktiv təyyarəsi ilə rəfiqələrini kurorta aparmışdı.

Daha sonra isə Moskvadakı dəbdəbəli “Balzi Rossi” restoranında Madina rəfiqələrini başına toplamışdı.

İlhom Şokirov Özbəkistanın paytaxtı Daşkənddəki ən bahalı otel sayılan “Grand”a, Özbəkistandakı “Demir” ticarət-əyləncə mərkəzinə, habelə Moskva vilayətində bir neçə otelə malikdir.

2010-cu ildə o, oğluna toy etmişdi: İ.Şokirovun oğlu Özbəkistanın baş nazir müavini Rüstəm Əzimovun qızı ilə evlənib.

485403_03[1]

485403_04[1]

485403_05[1]

485403_10[1]

485403_11[1]

485403_12[1]

485403_06[1]

 

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları