Tez-Tez Gördüyünüz Bu Şəkilləri Bu Formada Görməmisiz!

İyirmi üç yaşlı Rəsul Həsənov  1998-2009-cu illərdə 53 nömrəli orta məktəbdə təhsil alıb. Bakıda doğulan Rəsul 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakultəsinin Dizayn ixtisasını bitirib. 2005-ci ildən qrafik dizaynla məşğul olmağa başlayan Rəsul həmçinin, illüstrasiya, kompyuter animasiyası ilə də məşğul olub. Son 1 ildə realistik fotoillüstrasiya texnikası üzrə portretlər hazırlayır. Bu portretlər Azərbaycan tarixində əhəmiyyətli rol oynamış şəxslərin keyfiyyətsiz və kiçik həcmli portretlərini yenidən hazırlanması nəticəsində meydana çıxır. Rəsul köhnə şəkillərə yeni nəfəs verir.