Velosiped Yolu Və Günəş Enerjisi.. Sizcə Necə Əlaqə ola Bilər?

Holland rəssam və dizayner Daan Roosegaarde bənzərsiz işıqlı velosiped yolu hazırladı. Axşamlar led işıqlar sayəsində parlayan daşların yaratdığı görüntü Van Qoqun “Ulduzlu gecə” rəsm əsərini xatırladır. 1 km uzunluğunda olan bu yol Van Qoqun dünyaya gəldiyi və uşaqlıq illərini keçirdiyi Niderlandın Brabant bölgəsindədir. Hər tərəfdən işıqlarla əhatə olunmuş bu yol velosdipedlərin qaranlıqda rahatlıqla hərəkət etməsinə kömək edir. Led işıqlar günəş vasitəsilə ehtiyat enerji toplayır. Elektrik enerjisindən istifadə olunmaması onu ətraf ərazi üçün təhlükəsiz edir.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları