Wi-fi təhlükəlidir

“The Daily Mail” qəzetinin verdiyi məlumata görə, elm və texnologiyanın irəli getməsi insan orqanizmi üçün təhlükəli təsirləri bir o qədər çoxalır.

Alimlər artıq internet xidmətlərində istifadə olunan “wi-fi” – simsiz rabitə barədə həyəcan təbili çalmağa başlayıblar.

Belə ki, “wi-fi” simsiz rabitənin vətəni sayılan Hollandiyada, alimlər bu sistemin ağaclar üçün mənfi təsir yaratdığını aşkar ediblər. Digər tərəfdən bu sistemin insan orqanizmi üçün də mənfi təsirə malik olduğu üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, “wi-fi” simsiz rabitə vasitəsilə ayrılan şüalar həm bitkilər, həm də insan beyni üçün təhlükə yaradır.

Məlumat üçün bildirək ki, “wi-fi” – kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır.