Yeni doğulmuş qızının üzünü görən ata ailəsini tərk etdi

21 il əvvəl Yeni Urenqoyda Katya Nejenseva adlı qız dünyaya gəlib. Körpənin anası İrina onu ilk dəfə görəndə qorxub: körpənin bütün bədəni dərin qırışlarla örtülü olub. Rusiya KİV-lərinə istinadən məlumatına görə, İrinanın həyat yoldaşı qızının belə doğulduğunu biləndə bu sınağa tab gətirməyib və ailəsini tərk edib.

Həkimlər körpənin çox nadir genetik xəstəlik olan progeriyadan əziyyət çəkdiyini bildiriblər. Progeriya – genetik kodda baş verən deffekt nəticəsinə yaranan xəstəlikdir. Ona Getçinson-Gilford sindromu da deyilir, bu xəstəlik nəticəsində orqanizm vaxtından əvvəl qocalır, uşaqlar 90 yaşlı qoca kimi görünürlər. Statistikaya inansaq, dünyada bu diqnoz qoyulmuş xəstələrin sayı yüzdən çox deyil. Bu xəstəliyə düçar olan insanlar çox yaşamırlar. Amma Katya belələrindən olmayıb.1461561965_2

Qızcığaz bütün ömrü boyu yaşlı qadın kimi göründüyünə görə yaşıdlarının istezası, gülüşü ilə qarşılaşıb. “Həmişə özümə sual verirdim. Nəyə görə mən beləyəm? Cavab tapmaqda isə çətinlik çəkirdim” –Katya müsahibələrinin birində deyib. “O zaman qərara aldım ki, insanları xarici görnüşümlə deyil, ağlım və xeyirxahlığımla qazanım. Hər bir insanda vacib olan onun qəlbidir”.

Mübariz xarakterli olması qızı təslim olmağa qoymayıb. Üzündəki çoxlu qırışlara baxmayaraq o, əsl dostlar əldə edib.

2011-ci ildə Katya mərkəzi televizayanın məşhur proqramlarından birinin qonağı olub. Bu hadisədən sonra öklənin plastik cərrahları qızla maraqlanmağa başlayıblar. Katya bıçaq altına girməkdən çəkinməyib, onun üzü oval hala salınıb, gözlər və burunun forması dəyişdirilib.1461562069_2

Xarici görnüşündəki köklü dəyişikliklərlə sanki qız yenidən kəşf olunub. Xəstəliyinə baxmayaraq Katya sevdiyi insanla rastlaşıb və onunla ailə qurub.

Tale onları təsadüfən görüşdürüb, Denis (indiki həyat yoldaşı) başqasına zəng edərkən nömrənin bir rəqəmini səhv yığıb . Belə mənasız diqqətsizlik böyük sevgi ilə nəticələnib. Katyanın həyat yoldaşı bildirir ki, onun xanımında əvvəllər heç bir qadında rast gəlmədiyi xüsusi şarm var.1461562141_2Katya hamilə olanda həkimlər xəstəliyin körpəyə irsən keçəcəyindən ehtiyyat ediblər. Lakin onun körpəsi normal doğulub və o, oğluna Qleb adını verib. ” Allah məni və həyat yoldaşımı oğlumuzla mükafatlandırıb. Bundan gözəl nə ola bilər?” – deyən Katya hələ də öz xoşbəxtliyinə inana bilmir.1461562188_2 1461562277_427498_04

Katyanın başına gələnlər bir daha onu göstərir ki, heç vaxt təslim olmaq olmaz. Xoşbəxtlik- taleyin hədiyyəsi deyil, hər bir insanın öz seçimidir. Katyanın hekayəsi onu sübut edir ki, hətta dəhşətli xəstəlik sənin xoşbəxt olmaq haqqını əlindən ala bilməz.

UcuzTap.az - Daşınmaz Əmlak , Telefon, Avtomobil, İş elanları