Alt paltarlarını reklam edən azərbaycanlı model: Ailəmin, sevgilimin xəbəri var idi – VİDEO

Alt paltarı markası üçün qalmaqallı açıq-saçıq fotosessiya etdirən model Nərgiz İsayeva çəkiliş zamanı anasının yanında olduğunu deyib.

Feed.az-ın Baku.ws-yə istinadən verdiyi məlumata görə, ARB-nin “Şou məkan” verilişinin qonağı olan model qalmaqallı şəkillərdən sonra məşhurlaşdığını deyib.

Model hətta sevgilisinin olduğunu və onun narazı qalmadığını bildirib: “Sevgilim də, ailəm də hər şeydən xəbərdardır. Hər çəkilişdə anam mənim yanımda olur. Ailəm bilir ki, mənə “eləmə”  desələr də, mən edəcəm. Ona görə də heç nə demirlər”.