At xanım jurnalistə hücum etdi – VİDEO

Türkiyədə “Show TV” kanalının müxbiri at hücumuna məruz qalıb.

Feed.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə xanım jurnalist Özgə Mayetinin küçələrdə insanlara hücum edən sahibsiz atlardan reportaj hazırladığı vaxt baş verib.

Jurnalist atın hücumundan sonra yerə yıxılsa da, xoşbəxtlikdən xəsarət almayıb.

Həmin görüntüləri təqdim edirik.