Bakı səmasında uçan naməlum obyekt görüntülənib? – VİDEO

Sosial şəbəkələrdə yayılan və həyəcana səbəb olan kadrlarda uçan naməlum obyekt görüntülənib.

Feed.az-ın Xəzər TV-yə istinadən məlumatına görə,  həmin anları yaxınlıqda yaşayan vətəndaş telefonu vasitəsilə lentə alıb. Şamaxı Astrofizika Rəsədxanasından fəlsəfə elmlər doktoru Ədalət Ətayi deyir ki, bu uçan naməlum obyekt deyil. Onun fikrincə, naməlum obyektləri dərhal təhlükəli saymaq doğru olmaz.

Qurum rəsmisi bu cür görüntülərlə qarşılaşdıqda vətəndaşları təlaşa düşməməyə çağırır.