Başını 180 dərəcə döndərən oğlan

Pakistanda bir oğlan başını 180 dərəcə döndərməyi bacarır.

Feed.az Trend-ə istinadən bildirir ki, Kəraçi şəhərindən olan 14 yaşlı Məhəmməd Samirin bu bacarığı anadangəlmə deyil, uzun illərin məşqinin nəticəsidir.

O özü etiraf edir ki, hələ 6 yaşı olanda Hollivud istehsallı qorxulu kinoda belə bir səhnə ilə qarşılaşıb və o vaxtdan da müntəzəm olaraq başını 180 dərəcə döndərmək üçün məşq edib.

Artıq məktəbə getməyən M.Samir pul qazanmaq və ailəsinə kömək etmək üçün “Dangerous Boys” rəqs qrupuna qoşulub.