Finlandiyada “Super Qadın” adası açılır

Finlandiya sahillərinə yaxın ərazidə yerləşən, girişi yalnız qadınlar üçün olacaq şəxsi ada açılacaq. Layihənin adı “Super She” (“Super O” (qadın) adlanır.

Feed.az-ın məlumatına görə, layihənin rəhbəri Kristina Rot (Kristina Roth), öz ideyasını “ətrafda testosteronun çoxluğu” ilə izah edir, bununla yanaşı “kişiləri də sevdiyini” açıqlayıb.

Ada sahibəsi bildirir ki, bu ideya onda artıq uzun müddətdir ki, yaranıb.

“Qadın, kişinin yanında rahatlana bilmir. Baxın, çimərliklərdə nə baş verir. Misal üçün, qadınlar, uzaqdan kişi görən kimi, pomada və daraqlara əl atırlar. Ona görə də, mən hormonları həyəcanlandırmaq üçün deyil, özümə diqqət etmək istərdim”, – deyə layinənin rəhbəri əlavə edib.

Qeyd edək ki, adanın açılışı bu ilin iyul ayına təsadüf edəcək.