Gözünüz aydın: Dan Browndan yeni roman gəlir!

Bütün dünyada fırtınalar qoparan bestseller yazar Dan Brownun yeni romanının adı və çıxış tarixi açıqlandı.
image-1475237086949442052[1]

Da Vinçi Şifrəsi ilə başlayan və bütün dünyada yazdığı hər romanla fırtınalar qoparan bestseller yazar Dan Brownun yeni romanının adı və çıxış tarixi müəyyən oldu. 2017-ci ilin sentyabrında Origin adıyla okucularlala görüşəcək olan romanda bir dəfə daha Harvard Universiteti Professoru Robert Langdon qarşımıza çıxır.

Langdon, insanlığın bu günə qədər cavab verə bilmədiyi iki problemin kəsişdiyi təhlükəli bir qovşaqda dünyanı yerindən oynadacaq bir kəşflə insanlığa cavab verəcək.

Dan Brownun, Da Vinçi Şifrəsi, Mələklər və Şeytanlar, Rəqəmsal Qala, Yalan Nöqtəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarında da olduğu kimi Origin’da da din, elm, sənət və memarlıq tarixindən izlər olacağını ifadə edilir.