İstədiyiniz hər şeyi yadda saxlamaq üçün 5 hiylə!

Əgər siz də yaddaşınızdan gileylənirsinizsə, o zaman bu məqalə sizin üçündür. İstədiyiniz hər şeyi asan yadda saxlamaq üçün sizə mnemonikadan 5 texnika təklif edirik!

1. Yaddaş “evi” yaradın.

Biz məkanın planını konkret əşyaların adına nisbətən daha yaxşı yadda saxlayırıq. Bu anadangəlmə qabiliyyətinizi ərzaq mallarının siyahısı tipli şeyləri yadda saxlamaq üçün istifadə edin. Fikrinizdə evin fərqli sahələrində hər bir ərzaq üçün yer fikirləşin. Məsələn, qonaq otağında uşaqların alma dərmək üçün hoppanıb-düşdüklərini, yemək otağında isə hər bir əşyanın kağız dəsmallara büründüyünü fikirləşin.

135-1-243dbfe554cd8cf0027d3d6612500c60[1]

2. Məkan haqqında fikirləşin.

Bizim bütün gördüklərimiz şəkiltək yaddaşa həkk olunur. Bədbəxtlikdən, yaddaşımız eyni hadisə ilə bağlı bir neçə versiya yadda saxlayır. Məsələn, açarı son dəfə hara qoyduğunuzu yada salmağa çalışdıqda buna əmin olmaq olar. Bir müddət sonra xatirələr bir-birinə qarışmağa başlayır. Son məqamı yaxşı yadda saxlamaq üçün ətrafa diqqətlə göz gəzdirməyiniz vacibdir. Məsələn, açarı harasa qoyduqda ətrafındakı detallara fikir verin, yadınızda qalacaq hər hansısa xüsusi bir detal axtarın.

135-3-243dbfe554cd8cf0027d3d6612500c60[1]

3. Emosional əlaqələr yaradın.

Araşdırmalar zamanı Harvard və MİT alimləri insanın şəkilləri və adi rəngli kvadratları yadda saxlamasını müqayisə ediblər. Təəccüblü deyil ki, insanlar şəkilləri adi fiqurlardan daha yaxşı yadda saxlayıblar. Buna görə də, nəyisə yadda saxlamaq üçün beyninizdə onunla bağlı bir xatirə qurun.

135-5-243dbfe554cd8cf0027d3d6612500c60[1]

4. Mnemonikadan istifadə edin.

Özlərinin “Make it Stick: The Science of Succesful Learning” kitablarında Peter Brown, Henry Roediger və Mark McDaniel yadda saxlamalı olduqlarınızın adlarının baş hərflərində bir söz yaratmağı məsləhət görür. Onların fikrincə, bu halda beyində yada salmağa köməklik edən “mental strukturlar” qurulur.135-7-243dbfe554cd8cf0027d3d6612500c60[1]

5. Yeni xatirələri köhnələrlə birləşdirin.

“Biz kiminsə çörəkçi olduğunu, onun soyadının Çörəkçi olmasından daha yaxşı yadda saxlayırıq. Çünki, Çörəkçi soyad olaraq artıq bildiyiniz heç bir şeyi xatırlatmır. Digər tərəfdən, çörəkçi- çörəyi bişirən şəxs isə sizə nəyisə xatırladır.” – deyə Foer TED danışığında bildirir.

Bunu yeni öyrənməyə çalışdıqlarınızı yadda saxlamaq üçün istifadə edin. Köhnə xatirələrlə əlaqə yaradaraq daha yaxşı yadda saxlaya biləcəksiniz.

135-9-243dbfe554cd8cf0027d3d6612500c60

mənbə: kenquru.com