Kraliçanın ad günü paradında əsgərlərin ürəyi getdi – VİDEO

Londonda kraliça II Yelizavetanın doğum günü şərəfinə parad təşkil olunub.

Feed.az publika.az-a istinadən xəbər verir ki, parad zamanı sırada dayanan qvardiya əsgərlərindən beşinin ürəyi gedib.

Havanın hərarətinin 25 dərəcədən yüksək olduğunu nəzərə alsaq, qvardiyaçıların qalın geyimdə necə əziyyət çəkdiyini anlamaq olar. Sonradan Britaniya ordusunun rəsmiləri əsgərlərin istiyə dözməyərək özündən getdiyini açıqlayıb. Ürəyi gedənlərdən birinin görüntüsü çəkiliş zamanı kameraların diqqətindən qaçmayıb.