Natavan Həbibi ərə gedir – FOTO – VİDEO

Tanınmış müğənni Natavan Həbibinin instaqramda paylaşdığı foto şou gündəmini zəbt edib. Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

Feed.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni “S” qeyd olunub.

Bundan əlavə, Dado da rəsmi instaqram səhifəsində sözügedən fotonu paylaşıb

Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi  Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş “Yat, dostum” adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər

İfaçıya artıq nişanlısı tərəfindən evlilik təklifi də edilib. Nişanlısı ilə əllərinin fotosunu paylaşan Natavan təklifə müsbət cavab verib.

Sosial şəbəkə istifadəçiləri də N.Həbibini ərə getməyi münasibətilə təbrik ediblər.

2 3 1497778358-6924 1497778447-1899 1497778450-9359 1497778584-2867 1497778585-3768 1497779447-477