Prezident müsahibə zamanı arını uddu – VİDEO

Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.

Bu barədə ABC 6 telekanalı məlumat yayıb.

Prezident ölkənin cənubunda beton zavodunun açılışı barədə danışarkən arı onun ağzına girib. Buna baxmayaraq, Solis özünü itirməyib:

“Mən onu uddum. Hər gün belə olmur… Təmiz zülaldır”, – dövlət başçısı zarafat edib.