Türkiyədə dəhşət: Bu gecə 731 əsgər zəhərləndi – VİDEO

Bu gecə Türk Silahlı Qüvvələrinin 731 əsgəri zəhərlənib.

Feed.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Manisa şəhərində Piyada Təhsil Briqadasında baş verib. Briqadanın əsgərləri gecə yeməyindən az sonra ürək bulanması və qusma diaqnozu ilə təcili xəstəxanalara aparılıb.

Hadisədən dərhal sonra Türk Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı Saleh Ağıllı Çolaq və Müdafiə Naziri Fikri İşıq hadisə yerinə gəlib.

Müdafiə naziri Fikri İşıq əsgərlərin həyatına təhlükə olmadığını bildirib və əlavə edib ki, əsgərləri yeməklə təmin edən şirkətlə müqavilə ləğv edilib.

Ən sonda isə bəlli olub ki, hüquq-mühafizə orqanları Piyada Təhsil Briqadasını yeməklə təmin edən şirkətin 21 əməkdaşını həbs edib.

Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.