‘Zombi Həbi’ Sürətlə Dünyaya Yayılır

2011’ci ildə Amerika’da ortaya çıxan və “Zombi Həbi” adı verilən sintetik uyuşdurucu dərman dünyada sürətlə yayılır. Son olaraq Braziliyada görülən həbi istifadə edənlər eynilə bir zombi kimi davranır və “hannibal” (adamyeyən) xüsusiyyətləri göstərməyə başlayır. Amerikada həbin təsirində olan biri bir dilənçinin üzünü, bir başqası isə otaq yoldaşının beynini yedi!
Amerikada, Mayamidə 2012’ci ildə Rudy Eugene adlı bir adamın bir evsizin üzünü yeməsiylə bu dərman tanınmağa başladı. Polis gəldiyi zaman, Rudy Eugene qurbanın üzünün 80%’ni yemişdi. Polisin xəbərdarlıqlarına baxmayaraq hanniballığına davam edən qatil, polis tərəfindən vurularaq öldürüldü. Autopsiya nəticəsində Rudy Eugene’nin Amerika küçələrində ‘Ivory Wave’, ‘Vanilla Sky’, ‘Bliss’ və ‘Purple Rain’ adı ilə satılan sintetik uyuşdurucunun təsiri altında olduğu öyrənildi.399-1-926840cddbd23bb81b98357899072f86[1]399-2-926840cddbd23bb81b98357899072f86[1]
Bu narkotik maddə satışa 2011’ci ildən çıxarılıb. 2011’ci ildə İndiana ştatında bir adam bir yolun kənarında işıq dirəyinə dırmaşıb və nəqliyyatın sıx olduğu bir küçəyə maşınların arasına tullanmışdı. Digər bir ştat olan Pensilvaniyada bir başqa adam monastıra girərək rahibi bıçaqlamışdı. West Virginia’da bir qadın lüt soyunmuş, dərisinin altında bir şey olduğunu düşünərək özünü parçalamışdı.399-3-926840cddbd23bb81b98357899072f86[1]
Bu üç hadisənin üçündə də haqqında danışdığımız şəxslər sintetik bir uyuşdurucunun təsiri altında idi. Bu uyuşdurucunu alanların bədən hərarəti sürətlə yüksəlir, bu səbəbdən insanlar bir şeyin onları yandırdığını düşünərək ya soyunur ya da dərisini qoparmağa çalışırdı. 2012’ci ildə Türkiyənin İstanbul şəhərində Taksim meydanında da bu uyuşdurucunun təsiri altında olan bir adam da Atatürk heykəlinin üzərinə lüt çıxaraq oradan özünü aşağı atmışdı. O zamanlarda Türkiyədə çox da tanınmadığı üçün adamın nə istifadə etdiyi tapılmamışdı. Amma son məlumatlara baxılarsa, bu adamın da eyni sintetik uyuşdurucunun təsiri altında olduğu artıq dəqiqdir.ƏVVƏLLƏR QANUNİ OLARAQ SATILIRDIBu uyuşdurucu, uzun müddət Amerikada qanuni olaraq satıldı. Çünki içindəki maddələrin istifadə səviyyəsi, qanuni sərhədlərin altında idi. Bu maddənin adına ‘Beath Salt’ (hamam duzu) deyildi. Çində istehsal edilir və bir dozası sadəcə 25 dollara satılırdı. Rude Eugene hadisəsindən sonra Louisiana Toksik Maddələr Mərkəzinin Müdiri Mark Ryan, New York Times’a ‘zombi həbinin’ necə istehsal edildiyini danışdı və səlahiyyətli şəxslərə diqqətli olmaları barədə xəbərdarlıq etdi.

 

Dozanı Artırdılar399-4-926840cddbd23bb81b98357899072f86[1]

Yazıda həb olaraq adlandırdığımız bu uyuşdurucu, toz halında və maye halda istifadə edilir. Narkotik ticarətçiləri bu dərmanın içindəki madələrin miqdarı ilə oynaya bilir. Daha öncə insanlar özlərinə zərər verərkən Rude Eugene hadisəsində olduğu kimi baqalarına da zərər verməyə başlamışdı. Yenə Mayamidə bir evsiz sağa-sola hücum edincə polis müdaxilə etmişdi. Evsiz, polislərə qarşı dirənərək “I will eat you all” (Hamınızı Yeyəcəyəm) deyə qışqırmış və bir polisin əlini dişləyərək ciddi şəkildə yaralamışdı. Baltimore’da Morgan State University’də oxuyan biri, otaq yoldaşına hücum edərək öldürmüş və beynini, ürəyini yemişdi. Yenə digər bir insan hücuma uğramış, yanında daşıdığı bibər qazı sayəsində yaralanaraq qurtulmuşdu. Bu hadisələrin hamısında hücum edənlərin qanında bu uyuşdurucu maddəyə rast gəlinmişdi. Yəni narkotik ticarətçiləri uyuşdurucunun dozası ilə oynamı və insanları bir zombiyə çevirən formul əldə etmişdilər.

 

Həb insanları hannibala çevirir819731b46f3bdd9c55d3cd92bd047d53_1507019920-b

Uyuşdurucu, beyindəki insan olma özəlliyini, “mən” vəziyyətini yox edib, heyvani instinktləri ortaya çıxarır. Ürək döyüntüsü yüksək dərəcədə artır, hisslər çox güclənir, insan özünü super bir qəhrəman kimi hiss edir. Dərman insanın ruh halını tənzimləyən hormonlara qarşı təzyiq göstərir və qalıcı zədələrə, ürək çatışmazlığına və hətta ilk istifadədə belə ölümə səbəb ola bilir. Bəzi hadisələrdə insanların zehni fəaliyyətini qalıcı olaraq itirdiyi görülmüşdür.

 

Dərmanı Qəbul Edən Bir Amerikalı Qız və Keçirdiyi Dəyişiklik

keenquru.com